YAP Gənclər Birliyinə yeni sədr seçildi

11-03-2021, 18:24

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinə yeni sədr seçilib.
YAP Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verilib.
O bildirib ki, bu gün Gənclər Birliyinin iclası keçirilib və Bəxtiyar İslamov sədr seçilib:
"Həmçinin Biriliyin fəaliyyət istiqamətlərinə yeniliklər edilib".

B.İslamov ASAN Könüllüləri Təşkilatının sədridir.
İndiyədək partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov idi. O, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Xatırladaq ki, YAP-ın VII qurultayı martın 5-də keçirilib.


İstifadəçi paneli