ABŞ bazasına raket zərbələri endirildi

16-03-2021, 10:54

İraqda ABŞ hərbçilərinin olduğu “Beled” hərbi bazasına raket zərbəsi endirilib.
 
Bağdad yaxınlığında yerləşən bazaya azı 7 raket atılıb.
 
İraq dövlət agentliyinin məlumatına görə, mərmilər bazanın əsas binasına tuş gəlməyib. Tələfat barədə məlumat yoxdur. Dağıntı qeydə alınıb. Hücumdan dərhal sonra döyüş təyyarələri və helikopterlər havaya qaldırılıb.
 
Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməsə də, mərmilərin İranın dəstəklədiyi silahlılar tərəfindən atıldığı bildirilir.


İstifadəçi paneli