Oxşar xəbərlər
İsrail ordusu Suriyanın paytaxtı Dəməşqə hava zərbələri endirib.
Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriyanın rəsmi mənbələri məlumat yayıb. Məlumata görə, Qolan təpələrindən atılan raketlərdən bir neçəsi müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Bəziləri isə yerə düşərək dağıntılara səbəb olub. Tələfat barədə məlumat yoxdur. İsrail tərəfi hücumla bağlı açıqlama verməyib.
İddialara görə, raketlərin hədəfində İrana məxsus hərbi düşərgələr olub.
Qeyd edək ki, son günlər İsrail Suriyaya intensiv hücumlar təşkil edir.