Oxşar xəbərlər
Mütləq güləş çempionatının (UFC) çempionu, rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov karyerasını rəsmən başa vurub.
Bu barədə UFC prezidenti Deyna Uayt Tvitter hesabında yazıb.
“O, 100% rəsmən təqaüddədir. Sənin necə işlədiyini izləmək inanılmaz idi, hər şey üçün təşəkkür edirəm, gələcəkdə olacaqlardan zövq al, dostum”, - Uayt bildirib.
Qeyd edək ki, 32 yaşlı Nurməhəmmədov qarışıq təkbətək döyüşlərdə 29 görüş keçirib, bir dəfə də olsun məğlub olmayıb, UFC-də o, 2012-ci ildən çıxış edib, 13 dəfə qələbə qazanıb.