Dövlət vergi xidmətində kadr problemi...

21-03-2021, 10:14

Aytən  Musayeva: Vətəndaşların müraciətlərini araşdıracaq  kadrlarımız  çatışmır!?

Bu sözləri  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti,Bakı şəhəri kiçik sahibkarlıqla iş üzrə Baş idarəsinin Nəsimi rayon üzrə ukratoru xanım Aytən Musayeva İDEAL-a açıqlamasında bildirib.

Apardığımız araşdırmalar nəticəsində məlum olmuşdur ki,Nəsimi rayon ərazisində fəaliyyət göstərən obyektlər, o cümlədən əslən Massallı rayonundan olan "iş adamı" Fərəməz Məmmədova məxsus Bakı Şəhəri,Nəsimi rayon Abdulvahab Salamzadə 77 ünvanında (papanin körpüsünün yanı, daş bazarı) qeyri-leqal fəaliyyət göstərən "OLİMP" avtoservis mərkəzi ;

Ata Abdullayevə məxsus Bakı şəhəri,Nəsimi rayonu 28 may küçəsi 11,mənzil 20 ünvanında "ÇAYXONA" kimi fəaliyyət göstərən qumarxana və digər onlarla vergi ödəyicisi illərdir ki, ayrı-ayrı vəzifəli şəxslərin hami qoruyuculuğu sayəsində  dövlət vergisini şəxsi ciblərə axıdılmaqdadır.

Faktlarla bağlı Dövlət Vergi Xidməti, Bakı şəhəri kiçik Sahibkarlıqla  iş üzrə Baş idarəsinin Nəsimi rayon üzrə məsul şəxsi Aytən Musayevadan səbəbləri  öyrənildikdə O,Baş idarədə kadrların yoxluğundan gileylənmiş və İDEAL-ın təqdim etdiyi təkzibolunmaz faktların araşdırıb,hüquqi qiymət verəcəklərini vəd etsədə 2-ci aydır ki,milli qanunlar İqtisadiyyat Nazirliyinin şikayət və məktublar şöbəsində rüşvət çəlləyində qıcqırmamış  məmur axtarışındadır.

Bununla yanaşı bir daha sübut olundu ki, digər Nazirliklərdə olduğu kimi, "Qaynar Xətlər" Vətəndaşları aldatmaq,süründürmək üçün yaradılmış absurd  vasitələrdən biridir.

Belə olmasaydı  195 çağrı xidməti  çağrıldığı hadisə yerinə  dərhal gələrdi..!?

2 aydır ki, qanunlardan özləri kimi istifadə etməzdilər....

Mövzu diqqətimizdədir.

Rüfət Kamil


İstifadəçi paneli