İşğaldan azad olunan ərazilərdə mina təmizləmə əməliyyatları üç üsulla aparılır: mexaniki, əllə və xüsusi təlim görən itlər vasitəsilə. Xüsusi təlim keçən itlər ANAMA mütəxəssisləri tərəfindən hazırlanıb. Əvvəllər bu cür itlər xaricdən - Amerika, Bosniya və digər ölkələrdən alınırdı. Artıq bu itlər yerli kinoloji mərkəzdə hazırlanır. Bir itin mina təmizləmə üzrə ixtisaslaşmasına 12-24 ay vaxt sərf edilir. Əvvələr bu itlər xaricdən 17-22 min dollara alınırdı. Hazırda Göygöl Regional təlim mərkəzindəki itlərin seleksiyası həyata keçirilir.
Bunu jurnalistlərə açıqlamasında Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) nümayəndəsi Mədət Məmmədov deyib.
M.Məmmədovun sözlərinə görə, Şuşa-Füzuli yolunun 17-ci km-də Füzuli rayonunun Alxanlı-Seyidəhmədli kəndləri ərazisindən keçən hissəsində təmizləmə işləri aparılır:
"Bu zamana kimi ərazidən 5 ədəd hərbi sursat, 207 tank əleyhinə mina, 168 ədəd piyada əleyhinə mina tapılıb".
« Aprel 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 |