Tarixi canları,qanları ilə yazan ŞƏHİDLƏRİMİZİ heç vaxt unutmadıq, unutdurmayacayıq....
Elin o başı,bu başı olmadığını əməllərilə sübut edən, Vətənin hər qarış toprağını canı qədər sevən soy-kökü Laçının Oğuldərə kəndindən olan ŞAHGÜNDÜZ Habil oğlu Cabbarov 13 yanvar 1995-ci yılda Bərdə rayonu Mollalı kəndində dünyaya göz açmışdır.
Məktəbə ilk qədəmlərini də Bərdə rayon Meşəçilik qəsəbəsində yerləşən Laçın rayon tam orta məktəbində atıb və təhsilini 2012-ci yılda özel-obasının adı ilə bağlı olan məktəblə bitirib.
Genetik kodları Vətənə,Elə,Obaya bağlı olan Şahgündüz sosial problemlərin ağırlıqlarına baxmayaraq, çıxış yolunu yüksək təhsil almağında görür və orta məktəbi bitirən ili Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) "Qaz-neft və mədən" fakultəsinə qəbul olur.
Bakalavr təhsilini bitirdikdən sonra,2016-2017-ci yıllarda Vətənə olan borcunu ön cəbhədə şərəflə yerinə yetirdiyinə,hərbi hissədə ictimai-siyasi fəallığı,döyüş hazırlığı sahəsində fərqləndiyinə görə Korpus Komandiri General Mayis Bərxudarov tərəfindən "fəxri fərman"la təltif edilib.
2018-ci yılda SOCAR-da qazmaçı vəzifəsində işə qəbul olunur.
Vətənin dar günündə tərki-vətən deyil, 01 oktyabr 2020-ci yıl tarixdən,könüllü silaha sarılıb Füzuli,Cəbrayıl,Qubadlı,Xocavənd istiqamətlərində gedən döyüşlərdə qəhrəmanlıq nümayiş etdirir.
25 oktyabr 2020-ci yılda Füzuli istiqamətində gedən döyüşlərdə ŞAHGÜNDÜZ ŞƏHİD olur.
Vətən uğrunda,Füzulinin,Xocavəndin azad edilməsinə görə medalları ilə təltif edilib.
Bakıda,Zaqatalada adına sinif verilib,oxuduğu məktəbdə xatirə guşəsi yaradılıb.
Qanları və Canlarıyla Qürurlu tarix yazmış Şəhidlərimiz Millətimizin, Dövlətimizin başı üzərində dolaşan 30 yıllıq kabusu,mif və mifologiyanı 44 gün ərzində darbadağın etdi.
Qara buludlara, qaranlıq gündüzlərə günəş saçdırdı.
ŞAHGÜNDÜZLƏR!
Arzuları qəlbində toprağa gömən,toprağı Vətən etmək üçün Özünü Vətən toprağına çevrilən ŞAHGÜNDÜZÜM!
Nur içində uyu !
Borcunu qaytarmaq imkansız !
Ruhun qarşısında baş əyirəm !