20 Noyabr 2020-ci il tarixdə Bakı Şəhəri, Nəsimi rayonu,28 may küçəsi 14 ünvanında baş vermiş oğurluq cinayət faktı üzrə heç bir hüquqi tədbirin görülməməsi kazusdur.
Oğurluq faktını araşdırmağa məsul Nəsimi 22-ci Polis Bölməsi və bölmənin təhqiqatçısı Polis mayoru Nadir Rzazadənin abstrakt maraqlara cavab verən 20 dekabr 2020-ci il tarixli qondarma qərarından Nəsimi Rayon Prokurorluğuna verilmiş "Şikayət" bu günə kimi sobataj edilməkdədir.
Ən yaxşı halda, Prezident cənab İlham Əliyevə ünvanlanan çoxsaylı müraciətlərdən sonra,materiallar təkrar olaraq yenidən "baxılır,öyrənilir" və maklatura olaraq arxiv materiallarının sıralamasına düzənlənir.
Aidiyyatı Orqanlar açıq tekstlə israr edirlər ki, direktivlər olmasa oğurluq faktına hüquqi qiymətin verilməsi mümkün deyil.
Qaydaların əsirinə çevrilmiş qanunların despotizmin işğalından azad ediləcəyi günün yaxında olmadığı verilən cavablardan bəllidir.
Hazırda oğurluq işi üzrə toplanmış materiallar Nəsimi Rayon Prokurorluğunun rəsmisi Vüqar Quliyevin nəzarətindədir...