HƏTTA FİNLANDİYA DA NAVALNIYA GÖRƏ RUSİYANI İTTİHAM ETDİ

19-04-2021, 15:46

Aleksey Navalnının aclıq aksiyasına görə məsuliyyəti Rusiya hakimiyyəti daşıyır.
 
ASmedia.az xəbər verir ki, bunu Finlandiya xarici işlər naziri Pekki Xaavisto deyib.
 
Onun sözlərinə görə, Rusiyada siyasi haqların reallaşdırılmasının pisləşməsi narahatlıq yaradır.
 
Xaavisto AB-dəki bütün ölkələrin Navalnının dərhal tibbi yardım almasının tərəfdarı olduğunu bildirib.
 
Qeyd edək ki, Navalnı artıq iki həftədir aclıq aksiyası keçirir. Onun aclıq aksiyası Qərbin Rusiyaya qarşı kəskin etirazlarına səbəb olub. Hətta ABŞ rəsmən Navalnı öləcəyi təqdirdə bunun nəticələrinin necə olacağı barədə Putinə xəbərdarlıq edildiyini bildirib.
 
Finlandiya müstəqilliyi ərzində xarici siyasətində daim Rusiyanı nəzərə alıb və onu sərt tənqid etməkdən yayınıb.


İstifadəçi paneli