TÜRKİYƏNİN TƏHSİL NAZİRİ AZƏRBAYCANA GƏLƏCƏK

24-04-2021, 12:02

Türkiyə Təhsil naziri Ziya Selcukun Azərbaycana səfəri gözlənilir.
 
ASmedia.az xəbər verir ki, bu barədə Türkiyə Təhsil Nazirliyi məlumat yayıb.
 
Nazirlikdən bildiriblər ki, səfərin yaxın zamanda baş tutacağı gözlənilir və hal-hazırda nazirin Azərbaycana səfəri üçün hazırlıq işləri aparılır.
 
“Səfər zamanı Türkiyə və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq başda olmaqla, tələbə mübadiləsinin artırılması məsələləri də müzakirə olunacaq”- deyə nazirlikdən bildiriblər.


İstifadəçi paneli