İLHAM ƏLİYEV SƏRƏNCAM İMZALADI

30-04-2021, 13:50

Prezident İlham Əliyev Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi üçün Azərbaycan Respublikası Hökuməti adından imzalanmış müqavilənin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

ASmedia.az sərəncamın mətnini təqdim edir:
1. Azərbaycan Respublikasının Hökuməti adından Azərbaycan Respublikasının energetika naziri tərəfindən 2020-ci il dekabrın 29-da imzalanmış “Azərbaycan Respublikası Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Azərbaycan Respublikasında Ərazi 1 və Xızı 3 Külək Enerjisi Layihəsi haqqında İnvestisiya müqaviləsi” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsində göstərilən müqavilənin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


İstifadəçi paneli