La-Manş boğazı ətrafında Böyük Britaniya və Fransa arasında balıq ovu ilə bağlı yaşanan gərginlik dərinləşir.
ASmedia.az xəbər verir ki, Britaniyanın fransız balıqçılara ölkə sahillərində balıq ovunu qadağan etməsi Parisin etirazına səbəb olub. Fransa tərəfi iddia edir ki, London “Brexit” sazişində Avropa Birliyi ölkələrinə krallıq sahillərində ov etməsinə icazə verəcəyinə dair öhdəlik götürüb. Lakin əməl etmir.
Səhər saatlarından başlayaraq yüzlərlə fransız balıqçı Cersi adası sahillərində ov etmək hüquqularının təmin edilməsi üçün aksiya təşkil edir.
Britaniya isə buna qarşılıq olaraq bölgəyə iki hərbi gəmi göndərir. Fransa, Cersi adasına verilən elektrik enerjisini kəsəcəyi ilə hədələyir. Gərginliyin artdığı bir vaxtda krallıq sosial mediasında “WarwithFrance” (Fransa ilə müharibə) başlıqlı müzakirələr ilk sıralarda yer alıb.