Belarusun müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlib

18-05-2021, 15:22

Belarusun müdafiə naziri general-leytenant Viktor Xreninin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 18-də Azərbaycana rəsmi səfərə gəlib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvətilə həyata keçirilir.


İstifadəçi paneli