Paşinyandan işğal etirafı

24-05-2021, 13:52

"Sünik məsələsi tez-tez manipulyasiya olunur, bir çox xəyali tezis əlavə olunur. Gəlin bir şeyi başa düşək. Sərhəd qoşunlarının yerləşdirilməsi delimitasiya, demarkasiya demək deyil, təhlükəsizliyi təmin edəcək bir mexanizm seçilməlidir. Eyni mexanizm olmalıdır. Bu mexanizm 1975-76-cı illərdə artıq seçilmişdir. Yəni, Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altında olan Sovet Azərbaycana məxsus ərazilər var”.

ASmedia.az xəbər verir ki, bu açıqlamanı ötən gün parlamentdə çıxışı zamanı Ermənistanın baş nazir səlahiyyətlərini həyata keçirən Nikol Paşinyan deyib.

Hələ 2021-ci ilin yanvar ayında Milli Məclisdə PAP millət vəkili Şake İsayanın sualını cavablandıran RA Baş nazirinin müavini Tigran Avinyan Ermənistanla Azərbaycan arasında sərhədlərin yaradılmasının 1975-1976-cı illər xəritələrinə əsaslanacağını bildirmişdi.

Qeyd edək ki, erməni mətbuatında bu məsələ böyük rezonansa səbəb olub. Məşhur “168” nəşrində dərc olunan məqalədə qeyd olunur ki, Tavuşda SSRİ xəritəsinin tətbiq olunacağı təqdirdə, mümkündür ki, Voskepar yolundan ermənilər artıq istifadə edə bilməsinlər. Bununla da Azərbaycan bütün yolu nəzarətə götürəcək.

Bu barədə nəşrə açıqlama verən erməni kartoqrafı Şahin Şahinyan bildirib ki, Tavuş bölgəsinin 5 kəndinin Azərbaycanın nəzarətinə keçə biləcəyi xəbərləri real görünür.

“İndiki anklavlardan birində ermənilərin Kayan qəsəbəsi, digər anklavda, səhv etmirəmsə, Barkhudarl və Sofulu qəsəbələri var. Tavuş bölgəsindəki bu yaşayış məskənləri mübahisəlidir, qalanları araşdırdığımız qədər yaşayış yerləri deyil, əkinçilik və meşə torpaqları ilə bağlıdır. 1-2 bina, ev ola bilər, amma tam yaşayış yerləri haqqında məlumat yoxdur. Ararat bölgəsinin Paruyr Sak və Zangakatun kəndləri arasında yerləşən Tigranashen (Kyark) xəritələrdə Sovet Azərbaycanın bir hissəsi idi, bu da bəlkə də bizim üçün ən həssas məsələlərdən biridir”.

Şahinyan bildirib ki, iyul hadisələrindən məşhur olan “Qorxmaz” mövqeyi neytral zona ola bilər, ermənilər Şəmşəddindən, Noyemberyandan mövqelər itirə bilərlər. Kartoqraf, demarkasiyanın uzun bir müddət olduğunu, bunun bir neçə aydan bir neçə ilə, hətta onilliklərə qədər davam edə biləcəyini vurğulayıb.

“Əgər SSRİ xəritəsi Tavuş-a şamil edilsə, ermənilər Voskepar yolunu, Azatamut (İcevan-Bred), Kirants və Voskepar sektorlarını (İcevan-Noyemberyan) itirəcəklər”.


İstifadəçi paneli