Türkiyədə yeni neft quyuları kəşf edildi

27-05-2021, 17:23

Son bir ayda 3 quyuda neft kəşf etdik.

ASmedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, bu il iqtisadiyyatda ciddi bir canlanma gözlədiklərini bildirib:
“Bu çərçivədə son illərdə neft və təbii qaz axtarışlarında əhəmiyyətli bir sürət qazandığımızın müjdəsini millətimizlə bölüşmək istəyirəm. Qara dənizdə tapdığımız 405 milyard kubmetr təbii qazdan sonra quru ərazidə apardığımız işlərin nəticələrini almağa başladıq. Yeni açılan quyulara əlavə, əvvəllər neft olmadığı deyilərək beton tökülən quyulardan da neft çıxarmağa başladıq. Yalnız son bir ayda 3 yeni quyuda neft kəşf etdik”.


İstifadəçi paneli