Ermənistan XİN çökdü: bütün müavinlər istefa verdi

3-06-2021, 18:17

Ermənistanın xarici işlər nazirinin bütün müavinləri istefa verib.
 
ASmedia.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müstəqil deputatı Taqui Tovmasyan deyib.
 
Onun sözlərinə görə, bu, ölkənin Xarici İşlər Nazirliyinin çökməsi deməkdir:
 
“Xarici İşlər Nazirliyini təmsil edəcək heç kim yoxdur”.
 
Qeyd edək ki, mayın 27-də Ermənistanın xarici işlər naziri səlahiyyətlərini icra edən Ara Ayvazyan da istefa verib. Bunun ardınca Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan da vəzifəsindən getdiyini açıqlamışdı.


İstifadəçi paneli