Oxşar xəbərlər
ABŞ iki İran gəmisinin Atlantikdə yerdəyişməsini diqqətlə izləyir.
ASmedia.az xəbər verir ki, bu məlumatı ABŞ Müdafiə Nazirliyinin mətbuatı katibi Con Kirbi yayıb.
Qeyd edək ki, bundan öncə “Politiko” qəzeti İranın Atlantik okeanında olan iki gəmisi haqda ABŞ-ın xəbərsiz olduğunu yazıb.
Qəzet bu gəmilərin niyə Atlantik okeanına daxil olduğunun hələlik tapmaca olaraq qaldığını, lakin onların böyük ehtimalla Venesuelaya yönələcəyini iddia edib.