Oxşar xəbərlər
Bu ilin yanvar-may aylarında Azərbaycanda 653 minik avtomobili istehsal olunub.
ASmedia.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 2,8% azdır. Təkcə may ayında 145 avtomobil buraxılıb ki, bu da aprel ayı ilə müqayisədə 45% çoxdur. İyunun 1-nə hazır məhsul ehtiyatı 142-yə bərabərdir.