Avtomobil 4 yaşlı uşağı vuraraq öldürdü

21-06-2021, 13:33

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 19-da saat 18 radələrində Cəlilabad rayonunun Alqasımlı kəndi ərazisində Üçtəpə kənd sakini İ.İsayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yola çıxan kənd sakini, 4 yaşlı uşağı vurub. Nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


İstifadəçi paneli