Oxşar xəbərlər
İrəvanda 6/18 seçki məntəqəsində Ermənistan Vətəndaş Qərarı Partiyasının lideri Suren Saakyan vəkil Lusine Akulyanın başına stulla zərbə endirib.
ASmedia.az xəbər verir ki, bu barədə görüntülər erməni KİV-də yayılıb. Hadisəyə səbəb Suren Saakyanın seçki məntəqəsinə buraxılmaması olub.
Suren Saakyan polis bölməsinə aparılıb. Səhər saatlarında azadlığa buraxılan Suren "facebook" hesabında qadın vəkildən üzr istəyəcəyini bildirsə də, özünün günahsız olduğunu deyib. Eyni zamanda o, seçkinin şəffaf keçirilmədiyini bildirib.
Xatırladaq ki, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyasının ölkədəki seçki məntəqələrinin hamısının hesablanmasından sonra 53,92 % səs topladığı məlum olub.