Qırğızıstan Azərbaycana yeni səfir göndərir

25-06-2021, 11:03

Qırğızıstan Prezidenti Sadır Japarovun Fərmanı ilə Kayrat Osmanaliyev bu ölkənin Azərbaycandakı səfiri təyin edilib.

ASmedia.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Kayrat Osmanaliyev 2016-cı ildən Qırğızıstanda Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyanın üzvü olub.

Bundan başqa o, Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının prorektoru işləyib.


İstifadəçi paneli