AB-dən Türkiyə ilə bağlı çağırış

25-06-2021, 11:23

Avropa Birliyi ölkələrinin dövlət və hökumət başçıları Avropa Komissiyasına suriyalı qaçqınlar üçün Türkiyəyə yeni maliyyə yardımı hazırlamağı tapşırıblar.

ASmedia.az xəbər verir ki, bu barədə Avropa Birliyinin sammitində hazırlanan bəyanatda bildirilib.

“Avropa Şurası miqrasiya siyasəti çərçivəsində qəbul edilmiş suriyalı miqrantlar və onları qəbul edən Türkiyə, Livan, İordaniya və digər ölkələrdə icmalar üçün növbəti maliyyə yardımının ayrılması ilə bağlı Avropa Komissiyasına çağırış edir”, - bəyanatda qeyd olunub.


İstifadəçi paneli