Türkiyə üçün TARİXİ GÜN

26-06-2021, 19:21

Bu gün Twrkiyə üçün önəmli gündür.

Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, “Kanal İstanbul” layihəsinin təməli atılıb. Təməlatma mərasimində prezident Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Ərdoğan layihədə yer alan körpünün təməlini atıb. “Kanal İstanbul” layihəsinin inşaasının 6 ilə başa çatacağı gözlənilir.

Qeyd edək ki, qərb ölkələri və yerli müxalifət layihənin icrasına qarşı çıxır. Lakin prezident Rəcəb Tayyib Ərdoğanın qəti mövqeyi sayəsində layihə icra edilir. Layihə 10 il əvvəl hazırlanıb.


İstifadəçi paneli