İsveçin Baş naziri tutduğu vəzifədən istefa verib

28-06-2021, 15:20

İsveçin Baş naziri Stefan Löfve parlamentin sədrinə tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.
 
Stefan Löfven bunu mətbuat konfransında elan edib.
 
“Spikerdən məni Baş nazir vəzifəmdən azad etməsini xahiş etdim. Spiker yeni hökumət qurmağa çalışacaq”, - deyə S.Löfven söyləyib.
 
Qeyd olunur ki, Stefan Löfvenin istefasından sonra parlamentin sədri və İsveçin siyasi partiya liderləri arasında yeni hökumətin qurulması ilə bağlı danışıqlar başlayacaq.


İstifadəçi paneli