Tacikistan sərhədə ordu yığır

6-07-2021, 15:01

Tacikistan hökuməti Əfqanıstanla sərhədə əlavə 20 min hərbçi göndərir.

ASmedia.az xəbər verir ki, Taliban silahlılarının sərhəddəki əraziləri ələ keçirməsi Tacikistanı belə addım atmağa vadar edib. Bildirilib ki, hökumət Əfqanıstanla sərhəddə təhlükəsizliyi gücləndirmək üçün lazımi addımları atacaq.

Qeyd edək ki, Talibanın hücumlarından qaçan 500 əfqan əsgəri sərhədi keçərək, Tacikistana sığınıb.


İstifadəçi paneli