Bayden Putini xəbərdarlıq etdi

10-07-2021, 15:03

ABŞ Prezidenti, Rusiya lideri ilə telefon danışığı zamanı, Vaşinqtonun Rusiyadan kiber hücumları dayandırmaq üçün "bütün lazımi tədbirləri" görməyə hazır olduğu ilə bağlı xəbərdar edib.

Telefon danışığı zamanı kiber təhdidlərlə bağlı dialoqu siyasiləşdirməmək təklifi edilib.

Coi Bayden ilə Vladimir Putin arasında bir saat davam edən telefon danışığının əsas mövzusu ABŞ-da Rusiyada yerləşən kiber cinayətkarlarla əlaqəli yeni haker hücumları olub.

Putinlə telefon danışığı ərəfəsində ABŞ prezident administrasiyasında təcili iclas keçirilib. Bu görüşdə Ağ Evin rəhbərindən əlavə, Dövlət Departamenti, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi və Departamentinin nümayəndələri iştirak edib. Ağ Evin sözçüsü Cen Psaki, görüşü "Prezidentin yalnız kiber cinayətkarlara deyil, həm də onlara sığınan ölkəyə də cavab vermək, kömək etmək haqqı var" deyib.

"Əgər Rusiya hakimiyyəti bu qruplara qarşı heç bir tədbir görmək istəmirsə və ya etməyəcəksə, o zaman biz bunu özümüz edəcəyik" deyə açıqlamada bildirilir.


İstifadəçi paneli