11 SAYLI C.Ç.M-DƏ DÖVLƏT TANINMIR !

11-07-2021, 09:28

Ədliyyə nazirliyi Penitensiar Xidmətin 11 saylı c.ç.m-də Vəli Şirinov qaydaları Dövlət-Qanun-Vətəndaş tanımır.

Narkotikanın açıq satışına nəzarəti növbəli şəkildə baş gizir Rafiq İbrahimov və rəis müavini İlqar Mirzəyev həyata keçirirlər.

Kafe kimi fəaliyyət göstərən bütün obyektlərdə çeşidli içkilər verilir ki,bu sahəyədə məsul rejim şöbəsinin rəisi Ağamir Eyyubov və onun müavinu Sunay Həsənov başçılıq edirlər.

Ciddi rejimli C.Ç.M-ri arasında ən çox gəlir gətirən müəssisə məhz 11 saylı olduğundan bura cəza çəkmək üçün göndərilənlərdə məhz baş idarənin iradəsindən asılıdır.

Otaqlar məhkumlara mənzil qiymətinə satılır.

5000-10000 arası qiymət fərqində olan otaqlarda yaşayanlar rəis Vəli Şirinovla bundan başqa formada da hesablaşmağa məhkumdur.

Tibb Sanitar Hissəsi bir qayda olaraq narkomafiyanın sərəncamındadır.

Baron İqbal Həsənov (Cəlilabad), FAB şirkətinin prezidenti Rövşən Həsənov TSH-in sahibidirlər.

Zonda 1250 məhkumdan 1235-i narkotika aludəçisidir və əksəriyyəti bu xəstəliyə məhz həbs edildikdən sonra qurşanıb.

Yaş həddinin keçməsinə baxmayaraq, Vəli Şirinovun  yuxarılara çatdırdığı haqq onu daima haqlı,dövləti və qanunları kor etməkdə davam edir.

Ardı var.

Sübhan Səlimov


İstifadəçi paneli