Oxşar xəbərlər
Türkiyənin Van-Ərciş şossesindəki Qaraxan bölgəsində miqrantları daşıyan mikroavtobus sürücünün idarəetməni itirməsi nəticəsində qəzaya düşüb.
ASmedia.az xəbər verir ki, mikroavtobusun yanması nəticəsində Əfqanıstan və Pakistandan Avropaya qanunsuz yollarla getməyə çalışan 12 mühacir ölüb, 21 nəfər isə yaralanıb.
Yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.