Ukraynalı qadın azərbaycanlı sevgilisini bıçaqladı

11-07-2021, 12:16

Ukraynanın Kiyev vilayətinin Vasilkovskiy qəsəbəsində yerli millətdən olan 41 yaşlı qadın vətəndaş nikahında olduğu azərbaycanlı ərini bıçaqlayıb.

Bu 38 yaşlı Ruslan Nadimovdur.

Onun hazırda vəziyyəti orta ağırdır. Hadisəni törədən qadın saxlanılıb.

O, ilkin ifadədə mübahisənin yaranmasının səbəbi olaraq ərinin ona başqa qadınlarla xəyanət etməsi faktlarının üzə çıxmasını göstərib.

Mübahisə cütlüyün yaşadıqları evdə içki masası ətrafında baş verib. Qadına Cinayət Məcəlləsinin 121-ci maddəsi ilə iş açılıb.


İstifadəçi paneli