İmişlidə ferma yandı

12-07-2021, 09:16

İmişlidə ferma yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, İmişli rayonunun Hacırüstəmli kəndində ümumi sahəsi 2000 m² olan fermanın dam örtüyünün yanar konstruksiyaları 800 m² sahədə və içərisinə yığılan 30 ton ot bağlamasının 20 tonu yanıb.

Fermanın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


İstifadəçi paneli