Bu ölkədə 18 yaşınadadək uşaqlara ÖDƏNİŞLƏR EDİLƏCƏK

13-07-2021, 12:36

Rusiyada 13 iyul tarixində yeni bir qayda qüvvəyə minib.

"Parlamentskaya Gazeta"ya istinadla bildirir ki, Rusiya hökuməti tədris ilinin əvvəlinə məktəb çağındakı uşaqlar üçün bir dəfə ödəniş qaydalarını təsdiq edib. Məktəbli bütün ailələr uşaq başına on min rubl alacaqlar. Şöbənin sənədində göstərilir ki, birdəfəlik ödəmələr valideynlər, övladlığa götürənlər, qəyyumlar, habelə altı yaşdan 18 yaşadək uşaqların qəyyumları tərəfindən qəbul edilə bilər. Rusiya Pensiya Fondu bu müavinət üçün müraciətləri 15 iyul -1 noyabr tarixlərində qəbul edəcək.

Həmçinin Ailə Məcəlləsinə edilən dəyişikliklərə görə, bir qardaş və ya bacı artıq bir məktəbə və ya uşaq bağçasına yazılıbsa, ikinci uşağın eyni qurumda təhsil almaq üçün hüququ var. Bu vəziyyətdə qeydiyyat yeri heç bir əhəmiyyət daşımır. Məsələ ilə bağlı Dövlət Dumasının Təhsil və Elm Komitəsinin üzvü Alena Arshinova qeyd edib ki, əvvəllər bu qayda bürokratik problemlər yaradırdı, çünki uşaqlar arasındakı əlaqəni sübut etmək lazım idi. İndi bu şərt ləğv ediləcək.


İstifadəçi paneli