DYP- əməkdaşı qanunları niyə alqı-satqı predimetinə çevrir?

14-07-2021, 17:29

İmişli rayon DYP-əməkdaşı vətəndaş Şirinov Abuzər Qibləli oğluna məxsus mercedes-benz, 30-BC-803 dövlət qeydiyyat nişanlı avtomabili saxlayıb içkili olduqu barədə xəbərdarlıq edir və problemdən qurtulmaqın çıxış yolu kimi 400 manat rüşvət tələb edir.

Mercedesin sürücüsü imkansız olduğunu və güzəşt etməsini DYP-əməkdaşından xahiş etsə də o, onunla razılaşmır.

Zavallı sürücü düşdüyü bataqlıqdan çıxmaq üçün Bakıda işləyən vəzifəli şəxslərdən birinə telefon açır. Əvvəlcə DYP-əməkdaşı ilə danışır.

DYP-əməkdaşı rəisimlə danışım xəbər edərəm deyir:

Nəticədə bildirir ki, rəis razılaşmır. Sonra vəzifəli şəxs İmişli DYP-nin rəisi ilə əlaqə saxlayır. Eldəniz İmamverdiyev həmin şəxsə baş üstə bu dəqiqə həll edərik deyir.

Rəisin zəngindən sonra DYP-əməkdaşı şikarından 400 manat  tələb edir.Aralarında yaranan 2 saatlıq insidentdən sonra “problem” protokolla yekunlaşır.

Faktla əlaqədar olaraq Eldəniz İmamverdiyevlə əlaqə saxladıq.Cənab İmamverdiyev məsələdən agah olduğunu və sürücünün içkili olduğunu bildirdi.

Biz isə öz növbəmizdə sürücünün içkili olduqu təsbit olunduqu halda protokol nə üçün 2 saat sonra yazılmalı idi,sualımıza cavab tapa bilməyən “rəis” sizi məhkəməyə verəcəyəm cavabı ilə bağırdı.

Araşdırmamız davam edir...

Qarşı tərəfin söz haqqını tanıyırıq.

Nuranə Elay


İstifadəçi paneli