Dünyanı inkar edən Mehman Sadıqov aksiomanıda inkar etməkdə davam edir.
Penitensiar xidmətdə baş verən tragikazuslar insanlıqı dəli edir.
Təkcə bir cəzaçəkmə müəssisəsində yəni, 12 saylı c,ç,m-lə bağlı ASmedia.az xəbər portalına daxil olmuş faktları araşdırmaq məqsədilə əvvəlcə 12 saylı c.ç.m-nin rəisi Mehman Məmmədovla əlaqə saxladıq, rəis faktları təsdiq etsədə cavab vermək iqtidarında olmadığını bildirdi.
Ardınca özbaşınalıqlara himayədarlıq edən və özünü Penitensiarın fironu kimi aparan Süleyman Səlimovla əlaqə saxladıq.Süleyman Səlimovda faktları təsdiq və yaxşı edirəm deyib mikrafonu dünyanı aldatmaqda heç bir kompleks yaşamayan xidmətin “informatoru” Mehman Sadıqova ötürdü.
Cavabsız qalan suallar:
1)12 saylı c,ç,m-də cəza çəkən Əliyev Bəhruz Allahverdi oğlu Baş prokrorluğun şikayətlər və məktublar şöbəsinin rəisi Toğrul Əhmədovun adından Sevinc Şamilova adlı xanıma telefon açaraq həbsdə olan qardaşı Muradın problemlərini həll etmək adı ilə üst-üstə 5.000 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir.Bəhruz Əliyevə penitensiar xidmətin rejim-əmliyyat şöbəsinin rəisi Süıeyman Səlimovun arxalıq etdiyi şərhsizdir.Sözsüz ki, Süleyman Səlimovda bu faktları yaxşı edirəm sözü ilə ratifikasiya etdi.
2) 12 saylı c,ç.m-də cəza çəkən məhkum Namazov Tapdıq Bəhmən oğlunun yanına gətizdirdiyi hətta pandemiya dövründə VVAQ-dan kənar görüşdüyü Səfərova Səidə Müstəcəb qızı ilə görüşməsi üçün 500 manat rüşvət alınmasının adı nədir?
Penitensiar xidmətçilik, yoxsa yengəlik?
3) Rəksanə İsmayılovanın keçmiş mühafizəçisi,sosial media düşüklərinin “avtoritet” hesab etdiyi bariqa Fuad Əsgərov
1 ildir ki,zona buraxılmadan 12 saylı c.ç.m-nin karantin adlanan məkanında imtiyazlı şərait yaradılması hansı qanunlarla tənzimlənir?
4)...
Mehman Sadıqov məndən rəsmi məktubla müraciət etməyi bildirdi. Buda sənə rəsmi məktub, Mehman Sadıqov cavabı gözləyirik.
Lakin Mehman Sadıqov və reallıqları inkar edən vəzifəli şəxslərin diqqətinə çatdırıram ki, elə bir fakt olmayıb ki penitensiar xidmət onu təsdiq etsin!?
Hətta həbsxanada rəis tərəfindən cinsi istismara məruz qalmış Quliyeva Lamiyə Sahib qızı həbsxanada dünyaya Uğur adlı uğursuz uşaq gətirdiyini beynalxalq təşkilatların hesabatında öz əksini taparkən belə,faktı penitensiarçılar xüsusi ilə Mehman Sadıqov inkar etmişdir.
Ardı var...
Nuranə Ələkbərova