Bəs noldu Paşinyan?
Ağlın getdi yəqin ki, doxsanıncı illərə,
Axı səni saldıq başa ən azı biz yüz kərə.
Yersiz hərəkət etmə, adın düşər dillərə,
Qapılmasan xəyala , əbəs yerə tökülməsin qan,
Deyirdin Qarabağ bizimdir,bəs noldu Paşinyan?
İrəvandan Cəbrayıla çəkmək istəyirdin yol,
Xalqını hey aldadıb, vədlər verirdin bol-bol.
Anna da xəyanətkardı, demədi ki, ay Nikol,
Qarabağa gəlmədir, gorbagor, atan, baban
Deyirdin Qarabağ bizimdir, bəs noldu Paşinyan?
Şuşamda sərxoş halda lambada da oynadın,
Gah yıxıldın, gah durdun, özünə hörmət qoymadın.
Şuşada görmək istədi parlamenti arvadın,
Arzularını puç etdik, əllərdə qaldı yaxan,
Deyirdin Qarabağ bizimdir, bəs noldu Paşinyan?
Utopik fikirlərin düşündünmü sonunu?
Su yerinə axıtdıq dığaların qanını,
Haykanuşlar, harsınlar alacaqlar canını,
Sizi məhv eylədik ki, rahat yatsın Pənah xan,
Deyirdin Qarabağ bizimdir, bəs noldu Paşinyan?
Sənə güzəşt eylədik, anlamadın qudurdun,
Düşük-düşük danışdın özünə tələ qurdun.
Tarix boyu Qarabağ olmayıb sənin yurdun,
Artıq siyasi ölüsən, uzanıb verirsən can,
Deyirdin Qarabağ bizimdir, bəs noldu Paşinyan?
Qarabağın statusu çoxdan cəhənnəmdədir,
Qırx dörd günə göstərdik sənə cəhənnəm nədir
Özüyıxılan ağlamaz, günah ancaq səndədir?
Biz sənə unutdurduq, yeddi şərti ay xoxan,
Deyirdin Qarabağ bizimdir, bəs noldu Paşinyan?
Ümid oldun Moskvaya, üz tutdun Vaşinqtona,
Axırda ümid qaldı Emmanuel Makrona.
Oldun gülüş mənbəyi bənzədin klouna,
Haqq zəfər çalmağına inanmışıq hər zaman,
Deyirdin Qarabağ bizimdir, bəs noldu Paşinyan?
Dayaz olduğun üçün, görə bilmədin uzağı,
Nə tez yadından çıxdı Andranikin qulağı.
Babalardan yadigardır, Cıdır düzü, İsa bulağı,
Odur şanlı ordumuz sizə vermədi aman,
Deyirdin Qarabağ bizimdir, bəs noldu Paşinyan?
Müəllif: Şəfiyev Samit Yunus oğlu
tel: (050) 351-06-77