Bu gün şəhid Nurlan Mustafayevin doğum günüdür

22-07-2021, 10:46

Vətən savaşının qəhrəmanlarından biri də Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı, şəhid Nurlan Mustafayevdir.

ASmedia.az xəbər verir ki, Nurlan Mustafayev 1990-cı il iyulun 22-də Sumqayıt şəhərində dünyaya göz açıb. Nurlan Hamlet oğlu Mustafayev 8-ci sinfi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub. Ali hərbi təhsilini isə Almaniyada alıb.

Təhsil müddətində “Ən yaxşı əcnəbi kursant”, “Atıcılıq üzrə qızıl medal” və bu kimi bir çox nailiyyət qazanıb. 4 əcnəbi dili mənimsəyən Nurlan xarici ölkələrdə ölkəmizi uğurla təmsil edir, Vətənə geri döndükdən sonra Xüsusi Təyinatlı Qüvvələrə qəbul edilir, dağ kəşfiyyatçısı kimi çalışır.


İstifadəçi paneli