Bakıda beşmərtəbəli yataqxanada yanğın olub

22-07-2021, 12:17

Bakıda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində beşmərtəbəli yataqxana binasında qeydə alınıb.

Nazirliyin "112" qaynar telefon xəttinə yanğın olması barədə məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu ünvana cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq tam söndürülüb


İstifadəçi paneli