Oxşar xəbərlər
İsrail rəsmiləri ABŞ-ı İranın nüvə potensiallı dövlət olmaq anına yaxınlaşmasıyla bağlı xəbərdar ediblər.
ASmedia.az xəbər verir ki, bu məlumatı İsrailin “Kan 11 Nyus” televiziyası yayıb. Məlumata görə, ABŞ tərəfinə bununla bağlı xəbərdarlığı İsrail xarici işlər naziri Yair Lapid və müdafiə naziri Benni Qantz edib.
Televiziyanın mənbəsi İranla bağlı qeyri-müəyyənliyin uzun zaman davam etməməsi gərəkdiyini söyləyib.