Ağsuda "Ramka" ləqəbli patı istifadəçisi tutuldu

29-07-2021, 11:20

Ağsuda rayonunda "patı" istifadəçisi saxlanılıb.

ASmedia.az xəbər verir ki, Ağsu Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçrilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 yaşlı Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş "Ramka" ləqəbi ilə tanınan Raman Xəndan oğlu Ziyadxanlı saxlanılıb.

O, Ağsu RPŞ-ə gətirilib və üzərinə keçrilən baxış zamanı əynində olan cins şalvarının cibindən siqaret kağızına bükülmüş, bir bükümdə, təmiz çəkisi 1,7 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

İlkin dindirmə zamanı R.Ziyadxanlı əməlini səmimi etiraf edərək bu işdən peşman olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq işləri davam etdirilir.


İstifadəçi paneli