Bakıda sürücü ambulansa yol vermədi - Video

5-12-2019, 02:35

Bakıda "Tayota" markalı avtomobil təcili tibbi yardıma yol verməyib.
"Qafqazinfo" xəbər verir ki, bunu əsk etdirən görüntülər sosial şəbəkədə yayılıb.
Belə ki, ambulansın sürücüsü Tbilisi prospektində 90-SJ-100 dövlət nömrə nişanlı avtomobilin sürücüsündən yol istəsə də, qarşısındakı maşının sürücüsü buna əməl etməyib.
Sosial şəbəkə istifadəçiləri həmin sürücünün qadın olduğunu, özəl klinikaların birində həkim kimi fəaliyyət göstərdiyini iddia ediblər. Sürücü bu hərəkətinə görə sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.


İstifadəçi paneli