Azərbaycanda polis bıçaqlandı

31-07-2021, 08:09

İmişli və Biləsuvar rayonlarının sərhədində yerləşən məcburi köçkün düşərgəsində bıçaqlanma hadisəsi baş verib.

Cəbrayıl rayonunun Mərcanlı kənd sakini, 1987-ci il təvəllüdlü Qurbanov Qurban Əbülfət oğlu qəsəbə sakini tərəfindən bıçaqlanıb. O, boğazından, qarın və bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alaraq, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Polisə çoxsaylı bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən Cəbrayıl rayon sakini, 1986-cı il təvəllüdlü Yaqubov Sarvan Arif oğlu saxlanılaraq istintaqa təhvil verilib.


İstifadəçi paneli