Oxşar xəbərlər
İsrail və bütün dünya İran terroru qarşısında susmamalıdır.
ASmedia.az xəbər verir ki, bunu İsrail xarici işlər naziri Yair Lapid Oman sahillərində İsrail gəmisinə hücumu şərh edərkən deyib.
“İran təkcə İsrailin problemi deyil, həm də terrrorun, dağıntıların və qeyri-stabilliyin ixracatçısıdır. Bu hamımıza zərər vurur. Biz heç vaxt İran terrorizmi qarşısında heç vaxt susmamamlıyıq”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Omanın Masira adası sahillərində İsrail gəmisinə hücum edilib. Nəticədə Rumıniya və Britaniya vətəndaşı öldürülüb. İsrail hücumun arxasında İranın olduğunu iddia edib.