İri şəhərlər istiqamətində irəliləyirlər

2-08-2021, 15:18

Əfqanıstanda Taliban təşkilatı böyük şəhərlər istiqamətində irəliləməyə davam edir.

ASmedia.az xəbər verir ki, Herat, Ləşkərgah və Qəndəhar şəhərlərinin bir hissəsi artıq ələ keçirilib. Məlumata görə, Herat vilayətinin sadəcə 1 rayonu ordunun nəzarətindədir.

Qeyd edək ki, ABŞ və NATO ordusunun Əfqanıstandan çəkilməyə başlamasından sonra Taliban hücumlarını artırıb.


İstifadəçi paneli