Kudrin: Köhnə modeldən istifadə edirik, alınmayacaq

3-08-2021, 11:11

Rusiya köhnə iqtisadi modeldən istifadə edir.
 
ASmedia.az xəbər verir ki, bunu Rusiya Hesablama Palatasının rəhbəri Aleksey Kudrin deyib.
 
"Biz artıq köhnəlmiş iqtisadi modeli istismar edirik və istədiyimiz nəticəni əldə etməyəcəyik. Bu model ümumiyyətlə heç bir sıçrayış keyfiyyətləri və ya yeni mallar yaratmır. Rusiya dünyada tələb olunan malların 5 faizindən çoxunu istehsal edə bilər", - Kudrin qeyd edib.
 
O deyib ki, Rusiya məhsullarının dünya bazarına çıxışı sonsuz iqtisadi tələbatı təmin edəcək:
 
"İxracat üçün daha rəqabətqabiliyyətli olmalıyıq. Ümumiyyətlə, Rusiya iqtisadiyyatı üçün ixrac sonsuz bir kainatdır".


İstifadəçi paneli