Rusiya Avropada qaz çatışmazlığı yaratmaq istəyir

6-08-2021, 09:23

5 iyul cümə axşamı günü Yamal-Avropa qaz kəməri ilə qaz tədarükünün həcmi kəskin şəkildə aşağı düşüb.

Ria Novostiyə istinadən xəbər verir ki, mövcud eniş bir həftə əvvəl, nasos sürəti gündə 84 milyon kubmetrdən 55 milyona düşdükdən sonra baş verdi. Bu səviyyə iyulun sonu ilə müqayisədə 3,5 dəfə azdır. İxracın azalmasının ən çox ehtimal olunan səbəbi kimi, Qazpromun Yamalo-Nenets Muxtar Dairəsindəki Novy Urengoydan 20 kilometr aralıdakı karbohidrogen emalı müəssisəsində baş vermiş qəza göstərilir. Partlayış nəticəsində zavodun özündə texnoloji qurğular tamamilə dayandırılıb. Qeyd edək ki, Yamalo-Nenets Muxtar Dairəsi Rusiya qazının təxminən 80 faizini istehsal edir. Emalın dayandırılması ilə yanaşı ətraf mühitə də ciddi ziyan dəyib. Çünki qəza zamanı qaz kondensatı, qaz və neftin yanma məhsullarının tullantıları ətrafa səpələnib. Mütəxəssislər Avropaya qaz tədarükünün əvvəlki azalmasını "Şimal axını 2" qaz kəmərinin yaxın zamanda tamamlanması ilə əlaqələndirirlər. Onlar hesab edirlər ki, Rusiya şirkəti boru kəmərinin istismarına tez başlamaq üçün qış mövsümündən əvvəl Avropada süni şəkildə qaz çatışmazlığı yaratmaq istəyir.


İstifadəçi paneli