Oxşar xəbərlər
Alyaskanın cənubunda turist təyyarəsi qəzaya uğrayıb.
ASmedia.az xəbər verir ki, bu barədə "USA Today" məlumat verib. Pilot da daxil olmaqla göyərtədəki altı nəfərin hamısı ölüb.
Təyyarə qəzasında ölənlərin kimliyi hələlik açıqlanmır. Federal Aviasiya Administrasiyasının sözçüsü Donnell Evans bildirib ki, təyyarə Dumanlı fiyorddan havaya qalxıb və Ketçikana doğru yola düşüb. Qəza Ketçikandan şimal -şərqə baş verib. Qeyd edək ki, ölənlərin arasında bir ailənin iki üzvünün olduğu artıq bəlli olub.