COVID-19-u məhv edən cihaz hazırlandı

7-08-2021, 12:35

COVID-19 və digər virusları məhv edən cihaz hazırlanıb.

Özbəkistanda hazırda test mərhələsində istifadə olunan “BioGenetik” adlanan cihaz hava məkanını müxtəlif bakteriyalardan, əsasən də COVID-19 virusundan təmizləmək gücünə sahibdir. Cihazın müəllifi, mühəndis Olim Yusupov deyib ki, bu cihaz COVID-19 və başqa yoluxucu xəstəliklərin müalicəsində həlledici rol oynaya bilər.


“Aparatın havaya buraxdığı elektronlar virusları, bakteriyaları və mikrobları taparaq zərərsizləşdirir. Bu cihaz vərəm, hepatit, COVID-19 və digər yoluxucu xəstəliklərin profilaktikasında və müalicəsində çox faydalıdır”, – deyə o əlavə edib.


İstifadəçi paneli