Oxşar xəbərlər
Türkiyədə terrorçu təşkilat kimi tanınan və ölkə meşələrində baş verən yanğınlara görə məsuliyyəti öz üzərinə götürən “Atəşin uşaqları” qrupuna üzv olmaqda şübhəli bilinən iki nəfər şəxs saxlanılıb.
Bu barədə "Haber Qlobal" məlumat yayıb.
Dənizlidə keçirilən xüsusi əməliyyat nəticəsində aşkar edilən şəxslər son günlərdə PKK ilə əlaqəli sosial media hesablarından yanğınlarla bağlı əks-təbliğat aparmaqda ittiham olunub.
Məhkəmənin barələrində həbs qətimkan tədbiri seçdiyi qrup üzvləri artıq təcridxanaya yerləşdirilib.