Oxşar xəbərlər
Yanğının ilk günlərindən Azərbaycan rəhbərliyi tərəfindən təşəbbüs göstərilərək Türkiyəyə 700 nəfərdən çox yanğınsöndürənin, xüsusi xilasetmə qruplarının və 90-dan artıq texnikanının göndərilməsi əsl qardaşlıq nümunəsidir. Azərbaycan Türkiyənin Qurtuluş savaşında olduğu kimi, bu gün də bizim yanımızdadır.
ASmedia.az xəbər verir ki, bunu Türkiyənin ətraf mühit və şəhərçilik naziri Murad Kurum jurnalistlərə açıqlamasında deyib.
Nazir Azərbaycanın hər zaman olduğu kimi, bu gün də Türkiyəyə dəstək verməsini qardaşlığımızın nümunəsi adlandırıb.