Oxşar xəbərlər
Ukrayna Təhlükəsizlik Xidməti erməni əsilli rusiyalı müğənni Filip Kirkorovun ölkəyə girişini üç il müddətinə qadağan edib.
Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qeyd edək ki, iyun ayında Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi Kirkorovu milli təhlükəsizliyə təhdid edən şəxslər siyahısına daxil etmişdi. Daha sonra onun adı siyahıdan çıxarıldı.
Sözügedən siyahıda Rusiya sənətçiləri Oleq Qazmanov, İosif Kobzon, Valeria Perfilova (səhnə adı Valeriya), Sergey Penkin, Aleksandr Rosenbaum, Yulia Çiçerina var. Siyahı mütəmadi olaraq yenilənir.