Oxşar xəbərlər
Suraxanı rayonunda avtomobili qaçırıb ehtiyat hissələrinə ayıraraq satan şəxslər saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Nəvai Nəcəfov, Ruslan Ağalarov, Aydın Abbasov və Ramiz Əliyev saxlanılıblar. Onlar ifadələrində “Toyota” markalı avtomobili qaçırandan sonra Ramiz Əliyevin həyətində ehtiyat hissələrini ayırdıqlarını qeyd ediblər. Həmin nəqliyyat vasitəsi polislər tərəfindən oradan aşkar edilərək maddi sübut kimi götürülüb.